NCUK Baku Təqaüd proqramı

Bakida Britaniya Məktəbi seçilmiş şagirdləri NCUK tərəfindən təklif olunan ilk təqaüd proqramında iştirak etməyə dəvət edir

 

11 sinif şagirdlərinə verilən NCUK İFY proqramına qoşulmaq imkanı onlara akademik yollarını inkişaf etdirmək və zənginləşdirməklə yanaşı, inkişaf etməkdə olan məktəbimizə öz töhfələrini vermək imkanı verir. Məktəb rəhbərliyi tərəfindən Texniki, Elmi və Biznes istiqamətləri üzrə şagirdlərə təhsil haqqı ödənişində 50% 30% və 20% güzəşt təklif olunur.

 

Müraciətlər üçün son tarix: 30 mart saat 17:00

 

Namizədlər 4 aprel 2020ci il şənbə günü qəbul imtahanı yazmağa və seçildiyi təqdirdə xüsusi bilik qiymətləndirilməsində və müsahibədə iştirak etməyə hazır olmalıdırlar.

 

Ərizə formaları NCUK Baku ofisindən və ya ncukbaku.az saytinda əldə edilə bilər və bizə ərizəçinin doğum şəhadətnaməsinin və ya yaşıl kartının surəti ilə təqdim olunmalıdır.

 

Müraciətlər NCUK Baku ofisinə  təqdim olunmalı və ya e-maila göndərilməlidir.

Email: infoncuk@bsb-azeri.org.uk

Tel: (99412) 465-60-78; (99412) 465-86-77

 

*Bütün müraciətlərə ciddi şəkildə baxılacaqdır. Bakida Britaniya Məktəbi müraciətlərə nəzarət etmək hüququnu özündə saxlayır. Qəbul prosesimizin şərtləri ərizə forması ilə birlikdə namizədlərə təqdim ediləcəkdir. Ərizə formasının doldurulması ərizəçiyə müsahibədə iştirak hüququ vermir.